Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Uber artıq dünyanın ən bahalı startupı deyil

Uber artıq dünyanın ən bahalı startupı deyil

343
Paylaş

Çin şirkəti Bytedance 75 milyard dollar həcmində, SoftBank Group və digər bir neçə investordan təxminən 3 milyard dollar cəlb edib.Bu barədə məlumatı Banker.az  Bloomberg-ə istinadən xəbər verir.

Bytedance hər istifadəçinin maraqlarını tapmaq üçün süni intellekt istifadə edən Toutiao xəbər xidmətinə malikdir. Yalnız bir il əvvəl, Bytedance 11 milyard dollar dəyərində qiymətləndirilmişdir.« Çinin klikbeyt kralı» adlanan xidmətin auditoriyası bir gündə 120 milyon unikal istifadəçidən çoxdur.

Bir il əvvəl, Bytedance yeniyetmələr üçün 1 milyard dollarlıq musiqili sosial şəbəkə olan musical.ly satın aldı və onun bir başqa layihəsi ilə birləşdirdi – TikTok. TikTok funksionallıq baxımından, qısa Vine videolarını yayımlayan  Amerika platformasına yaxındır. 2018-ci ilin birinci rübündə TikTok dünyanın ən yüklənmiş proqramı oldu.

Bu tur Çin şirkətini dünyanın ən bahalı startupına çevirdi. Bundan əvvəl ən bahalı xidmət Uber hesab edilirdi. Uber təxminən 72 milyard dollar dəyərində  qiymətləndirilir.