Əsas səhifə Biznes sahələri Texnologiya “Uber” alış-veriş imkanı yaradan mobil tətbiq hazırlayıb

“Uber” alış-veriş imkanı yaradan mobil tətbiq hazırlayıb

74
Paylaş

Sürücülər sərnişinlərin alış-veriş etməsinə görə “cashback” əldə edirlər.

Uber və Cargo startapı ABŞ-da yol boyu alış-veriş həyata keçirməyə imkan verən mobil tətbiq buraxıblar. Tətbiqin köməyi ilə Cargo sərnişinləri Apple aksesuarları, Glossier kosmetikası və digər məhsullar ala bilərlər, TechCrunch yazır.

Məhsullardan başqa 5-10 dollara film də almaq mümkündür.

Alış-verişə görə sərnişinlər məbləğdən 10% “cashback” əldə edirlər. Sürücülər də həmçinin alış-veriş məbləğindən 25% və hər ilk alışa görə əlavə 1 dollar qazanırlar.

2018-ci ildə Cargo və Uber strateji tərəfdaşlıq qurublar. Uber-in startapdakı payı daha çoxdur, lakin o,təfərrüatları açıqlamır, CNBC bildirib.