Belə xidmət, Uber Black və Uber Black SUV premium-klass gedişlərindən sifariş zamanı mümkün olacaq.
ABŞ-da Uber istifadəçiləri Uber Black və Uber Black SUV premium-klass sifarişi zamanı istəyə görə quraşdirma ekranına rastlayacaqlar. Orada onlar salon üçün istədikləri temperaturu qeyd edə, baqaj barədə məlumat verə və sürücü ilə danışmaq ya da danışmamaq seçimini edə bilərlər.
Bu quraşdırmadan ancaq gedişdən əvvəl yararlanmaq olur. Əgər maşın artıq sifariş edilibsə və ya gəlibsə, o zaman onlar işləmir.
“Uber”-dən açıqlama veriblər ki, sürücülər üçün “səssiz rejim”i istifadəçilər hələ çoxdan istəmişdilər.Şirkət bildirib ki, sürücülər özləri söhbət edib-etməmək barədə qərar verirlər : sərnişinin istəyi onlar üçün təklifdir və bunun sayəsində onlar “Uber”də öz reytinqlərini qaldıra bilərlər.