“Uber” IPO-da 180 milyon səhm təklif etməyi və təxminən 9 milyard dollar cəlb etməyi planlaşdırır.
“Uber” öz səhmlərini UBER ( şirkətin birjada qısa identifikatoru ) adı ilə Nyu-Yorkun fond birjasında yerləşdirəcək. Ticarət bu mayın əvvəllərində başlaya bilər.
“Uber” fəaliyyətini 63 ölkədə və altı qitənin 700-dən çox şəhərində həyata keçirəcək. 91 milyondan çox adam onun malik olduğu xidmətlərin heç olamasa birindən istifadə edir : taksi çağırışı,qida çatdırılması, samokat və elektro-velosiped kirayəsi. Hər gün Uber-taksilər 14 milyona yaxın sifariş qəbul edirlər.
Hər şey plan üzrə getmiş olsa 2019-cu il bir çox iri texnologiya şirkətləri üçün ilk səhm qoyuluşu baxımından yaddaqalan il olacaq. “Uber”lə yanaşı IPO-ya San-Fransiskoda “Aibnb”, “Pinterest” və “Slack” çıxacaq.
“Uber”in əsas rəqibi “Lyft” bu ilin martında artıq fond bazarında uğurlu debütə imza atıb, lakin sonra onun mövqeyi çox zəiflədi. Cümə günü “Lyft”-in səhmləri 56 dollar dəyərində ticarət aparıb və bu da onların IPO-da 72 dollarlıq qiymətindən xeyli azdır.
Bununla eyni vaxtda “PayPal” bildirib ki, 2013-cü ildən bəri qoruyub saxladıqları tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üçün “Uber”-ə 500 milyon ABŞ dolları sərmayə qoyur. Bu istiqamətdə “PayPal” “Uber”-in xidmətləri üçün elektron “pul qabı”nın işlənməsi ilə məşğul olacaq.
Bu ay “Uber” “Toyota Motor Corp.” ( Toyota), “DENSO Corporation” (DENSO) və “SoftBank Vision Fund” (SVF) şirkətlər qrupundan 1 milyard ABŞ dolları dəyərində investisiya əldə edib.