İyun ayında şirkət marketinq və rabitə bölmələrini birləşdirib ora yeni rəhbər təyin etdi.
CNBC yazır ki, “Uber” marketinq bölməsinin 1200 əməkdaşından 400-nü bu bölmənin optimallaşdırılmasına görə təxirə salıb. Yeni komandanın iki rəhbəri olacaq: şirkətə TripAdviser-dən gələn Mike Strickman effektiv marketinq, CRM və analitika işlərinə baxacaq. Ondan başqa uber qlobal marketinq üzrə vitse-prezident vəzifəsinə də işçi götürəcək və o, “Uber Eats”, “b2b” və digər istiqamətlərdə işlərə rəhbərlik edəcək.
Agentlik qeyd edir ki, ixtisar ümumi “Uber” personalının 1,65-ni əhatə edib. Bu, 2019-cu ilin iyununda bölmənin rəhbəri Rebecca Messina-nın vəzifəsini tərk etməsindən sonra olan ilk irihəcmli yenidən təşkil işi olub. “Uber” marketinq, rabitə və siyasət bölmələrini birləşdirib və birləşmiş strukturun başçısı Jill Hazelbaker olub.