“Uber” 300 milyon dollar pulu bonus olaraq yaxşı sürücülər arasında bölüşdürəcək

Date:

Paylaş:

“Uber” xidmətin bəzi sürücülərinə gündəlik bonuslar vermək niyyətində olduğunu buldirib. “Uber”-in İPO-ya verdiyi məlumatda deyilir ki, onlar həmçinin, şirkətin səhmdarları da ola bilərlər.

Bonus proqramından ölkə üzrə xidmətin fəaliyyət göstərdiyi hər yerdən taksi sürücüləri yararlana biləcəklər.Bunun üçün onlara hazırki ildə (2019-cu il 7 aprelə qədər) heç olmasa bir gediş həyata keçirmək və xoş reputasiya qazanmaq lazımdır. ABŞ-da hesabında 2500 gediş olan sürücülər 100 dollar, 5000 olanlar 500 dollar, 10 000 – 1000 dollar, 20 000 gedişi olanlarsa 10 000 dollar əldə edirlər. İstəklərinə uyğun olaraq onlar bu pulları şirkətin səhmlərinə dəyişə bilərlər.

Digər ölkələrdə də şərtlər eynidir, lakin məbləğ dəyişə bilər. Ümumilikdə bonus proqramına “Uber” 300 milyon dollar ayırıb.

“Uber”-in əsas amerikalı rəqibi “Lyft” taksi xidməti də uğursuz İPO-dan sonra ən sadiq taksi sürücülərinə bonus verib. “Lyft” sürücüləri 10 000 və 20 000 gedişə görə, “Uber”-in hal-hazırda taksi sürücülərinə ödədiyi qədər pul əldə edirlər.

Yaxın vaxtlarda “Uber” birjaya çıxmalıdır: şirkət 120 milyard dollarlıq qiymətləndirmə hesablayıb, lakin onun maliyyə vəziyyəti daha yaxşısını arzu etməyə imkan vermir. “Uber”-in 2018-ci ilə olan gəliri 3 milyard dollar, zərəri isə 1,8 milyard dollar olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...