2019-cu ilin ikinci rübündə Uber-in zərəri təxminən 5,2 milyard dollar olub. Birinci rüblə müqayisədə göstərici beş qat artıb.
Şirkətdə zərəri ilk IPO-nun keçirilməsinə çəkilən xərclərlə əlaqələndirirlər. Maliyyə hesabatına görə, Uber İPO-ya 3,9 milyard dollar xərcləyib və 298 milyon dolları isə səhm qoyuluşu il əlaqədar sürücülərə mükafat kimi ayırıb.
Şirkətin bu ilin ikinci rübündəki gəliri isə təxminən 3,17 milyard dollar olub. Uber-in əsas biznesi şirkətə demək olar ki, 2,35 milyard dollar gətirib, Uber Eats isə 595 milyon dollar qazandırıb.
Şirkətin məlumatlarına görə, 2019-cu ilin ikinci rübündə Uber-in auditoriyası ayda 99 milyon fəal istifadəçi sayına çatıb. Keçən il bu göstərici 76 milyon olub.