Əsas səhifə Məqalələr Fərdi inkişaf “Twitter”in təsisçisindən həftəni düzgün planlamaq qaydası

“Twitter”in təsisçisindən həftəni düzgün planlamaq qaydası

57
Paylaş

“Twitter” və “Square”nin yaradıcısı hər şeyi çatdırmaq və daha çox nəticə əldə etmək üçün işin həftəlik günlər üzrə necə düzgün bölüşdürülməsindən bəhs edib.

2011-ci ildə Jack Dorsi eyni zamanda həm “Twitter”i, həm də Square-ni idarə edirdi və gündə təxminən 16 saat işləməli olurdu. İki şirkətə eyni vaxtda rəhbərlik edən zaman Dorsinin nə qədər çoxlu tapşırıqların öhdəsindən gəlməli olduğunu nəzərə alaraq, bu vəziyyətdə məhsuldar və diqqətli olmağının necə çətin olduğunu təssəvvür edin.

Bəs o özü üçün necə qrafik tərtib edib?

Bazar ertəsi: bütövlükdə menecmentliyə və şirkətin idarəçiliyinə fikrini yönəltmək

Çərşənbə axşamı: məhsula diqqət etmək

Çərşənbə: marketinq, əlaqələr və inkişafa fikrini yönəltmək

Cümə axşamı: proqramçılara və tərəfdaşlığa diqqət yetirmək

Cümə: şirkətin özünə, mədəniyyətinə və işə qəbula diqqət ayırmaq

Şənbə: istirahətə vaxt ayırmaq

Bazar: düşüncələrə, geri əlaqəyə, strategiyalara və növbəti həftəyə hazırlığa yönəlmək.

Hansı gündə nə edəcəyini qabaqcadan biləndə həqiqətən də işə fikrini cəmləməyin mümkün olub-olmadığını yoxlamaq üçün Dorsinin bu metodunu tətbiq etməyə dəyər.