Əsas səhifə Biznes sahələri Texnologiya “Twitter” şəbəkəsi SMS vasitəsilə tvit yazmağı qadağan edib

“Twitter” şəbəkəsi SMS vasitəsilə tvit yazmağı qadağan edib

92
Paylaş
Twitter
Twitter

“Twitter” sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.

“Biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik” – mesajda deyilir.

Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.