Twitter milyonlarla dollar zərər edib

Date:

Paylaş:

Twitter bu ilin 3-cü rübünün maliyyə nəticələrini açıqladı.

Son maliyyə göstəricilərinə əsasən məşhur paylaşıb platforması 21,1 mln. dollar zərər edib.

Hesabatlara əsasən şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azalaraq 590 mln. dollara düşüb. Lakin eyni dövrdə sosial şəbəkənin istifadəçilərinə baxdıqda 2,8% artım olduğunu və istifadəçilərin sayının 330 mln.a çatdığını görərik. Həmçinin, şirkətin ilin 4-cü rübündə 220 mln. və ya 240 mln. dollar mənfəət əldə edəcəyi təxminləri irəli sürülür.

Twitter rübü zərərlə başa vursa da, istifadəçi sayındakı artım və digər göstəricilər bazarda gözləntilərin üzərində olub.

Qeyd edək ki, sosial şəbəkə 2016-cı ilin iyul-sentyabr aylarında 616 mln. dollar mənfəət əldə etmişdi.

banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...