Əsas səhifə Biznes sahələri Texnologiya Twitter kompyuterlər üçün yeni dizayn versiyasını təqdim edib

Twitter kompyuterlər üçün yeni dizayn versiyasını təqdim edib

83
Paylaş

Mikrobloqlar xidməti Twitter yeni desktop versiyanı təqdim edib.  Fərdi kompyuterlər üçün səhifənin görünüşü 7 ildir ki, dəyişməz olaraq qalmışdı. Yaxın günlərdə hesabların sahibkarları yeni interfeysə keçəcəklər və bununla da artıq köhnə variant qayıtmaq mümkünsüz olacaq.

solda nişanlar, axtarış, ismarıclar və digərlərinin yerləşdiyi menyudan ibarət hərəkət paneli yerləşir;

aktual mövzular – sağdadır;

istifadəçinin yerləşdiyi ərazidən asılı olaraq məşhur trendlərin, xəbərlərin və videoların axtarışı üçün “Araşdırmaq” əlavəsi;

genişlənmiş Direct Messages əlavəsi;

ən məşhur və ən son paylaşımlar arasında keçid etmə imkanı;

Moments əlavəsi alt menyudan silinib;

rəngli palitranın yeni mövzu və variantları;

tünd rejimə iki variant əlavə edilib.

Sosial şəbəkə istifadəçiləri yeni dizaynı, səhifədəki yerdən istifadənin qeyri-rasional olmasına, həmçinin postlar lentinin az yer tutmasına görə tənqid ediblər. Onlar həm də “Home” düyməsinin yeni dizaynda lentin əvvəlində olmamasından da şikayət ediblər.