“Twitter” Elliott Management və Silver Lake investisiya şirkətləri ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 2020-ci ilin fevralında Elliott Management nümayəndələri Jack Dorsey-in şirkətə rəhbərlik postundan getməsi təklifini irəli sürüblər: onların fikrincə, o, şirkətə kifayət qədər vaxt ayırmır və eyni zamanda Square ödəmə xidmətinə də rəhbərlik edir.
Müqavilənin şərtlərinə görə, Dorsey şirkətin rəhbəri olacaq qalacaq, şirkət isə Silver Lake-dən 1 mlrd. dollar əldə edəcək – bu vəsait səhm alışına xərlənəcək. Bundan əlavə, hər iki investisiya şirkətinə “Twitter”in direktorlar şurasında yer veriləcək.
Xatırladaq ki, iddia xəbərlərindən sonra Dorsey yarım illik Afrikaya köçmək qərarına gəlmişdi.