Twitter-də bir paylaşımına 105 min istəyir

0
1120

McAfee kibertəhlükəsizlik şirkətinin təsisçisi John McAfee kriptovalyutanın inkişafı, tanıtımı və satınalması ilə bağlı tweet-lər satdığını elan edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, son zamanlar o, özünü kriptovalyuta mütəxəssisi  elan etməsiylə gündəmə gəlib.

Belə ki, Twitter –də 811 min izləyicisi olan McAfee bir twet-ini 105 min dollara necə sata biləcəyindən danışıb. O, kriptovalyuta ilə bağlı The McAfee Crypto Team adlı veb -sayt yaratdığını da deyib.

Qeyd edək ki, ötən il kriptovalyuta sahəsinə istiqamətlənən McAfee Twitter-də həyata keçirdiyi “Günün coin-ni” trendi ilə hər gün yeni bir elektron pul vahidini təqdim edərək onların dəyərinə təsir edə bilirdi.

Silikon Vadisinin ən çox müzakirə edilən şəxslərindən olan John McAfee əvvəllər İntel-ə satdığı McAfee şirkəti və cinayətdə ittiham ediliməsi ilə tanınırdı.