Əsas səhifə Biznes sahələri Texnologiya Twitter bəzi məlumatların ötürülməsindən danışıb

Twitter bəzi məlumatların ötürülməsindən danışıb

99
Paylaş

Şirkət artıq parametrlərdəki güvən açıqlığını aradan qaldırıb.

Twitter mobil tətbiqin parametrlərində, istifadəçilərlə bağlı bəzi məlumatların onların icazəsi olmadan öz reklam tərəfdaşlarına ötürülməsinə şərait yaradan güvən açıqlığı aşkarlayıb. 

Twitter 2018-ci ilin mayından tətbiqdə reklama baxan və ya onun üzərinə “klik” edən istifadəçilərin məlumatlarını ötürmək imkanı əldə edib. Sosial şəbəkə kənar şirkətlərlə əsasən ölkənin kodu, elan barədə məlumatlar və istifadəçinin nə zamansa reklamla birgə fəaliyyətinin olub-olmaması barədə məlumatları bölüşə bilərdi.

2019-cu ili 5 avqustunda şəbəkə güvən açıqlığını aradan qaldırıb.