“Twitter” sosial platforması istifadəçilərin təhqiredici şərhlərini öz-özünə silməyə başlayıb. Sosial platforma, həmçinin səsiz düyməni də tes tedir. Bu onların öz istəyinə uyğun olaraq tvitlərinə cavabları gizləməyə kömək olacaq.
Bu haqda şirkətin baş icraçı direktoru Cek Dorsi deyib. Daha əvvəl isə istifadəçilər yalnız onları incidən hesabın sahibini bloklaya bilərdi.
AdAge nəşri yazır ki, sosial platforma hələ ötən ildən kobud şərhləri silməyə başlamışdı. Buna qədər isə platformanın belə şərhləri uzaqlaşdırmağı üçün istifadəçilərin şikayəti lazım olurdu.
“Twitter” bloqunda şirkətin satış üzrə vitse-prezidenti Donald Xiks və məhsullar üzrə direktoru Devid Qaska əmin edirdi ki, indi sosial platforma təhqiredici tivitlərin 38%-ni öz-özünə müəyyən edə bilir. Moderasiya dəyişikliyinə qədər bu göstəricilər ötən il sıfıra bərabər idi.
Reklamverənləri isə adıçəkilən sosial platformada olan vəziyyət narahat edirdi. Ona görə də onlar belə mesajların yanında öz elanlarını vermək istəmirdilər. Ancaq şirkətdə vəziyyət dəyişir.
Məsələn, ötən ilin 4-cü rübündə platformanın reklamdan gəlirləri 791 milyon dollara çatmışdı. İllik artım isə 23%-ə bərabər idi. 2017-ci ilin anoloji dövründə isə bu istiqamətdəki artım cəmi 1% idi.