Twitter özünün 24 saat ərzində aktiv olan mesaj-hekayələr xidmətinin sınaqdan keçirməyə başlayıb. Sınaq ancaq Braziliyadakı istifadəçilərin iştirakı ilə həyata keçiriləcək.
Bunu şirkətin məhsullar üzrə vitse-prezidenti Keyvon Beykpur bildirib.
O əlavə edib ki, Fleets adlı müvəqqəti mesajlar sosial şəbəkədə ünsiyyətdən geri qalan itifadəçilərin narahatlıqlarına son qoymaq üçün yaradılıb.
Twitter-in Braziliya hesabında deyilir ki, sosial şəbəkə Fleets-i yeni üsulla sınaqdan keçirir: bəyənmələr, retvitlər və “public” rəylər olmadan. Xidmət təkcə mətn mesajları deyil digər mediaformatda fayllar yerləşdirmək imkanı yaradır. Tvit-lentin yuxarı hissəsində görünən fleets-ə ancaq emojilərlə qarşılıq vermək mümkün olacaq.