Əsas səhifə Biznes Biznes məqalələri Twin Strangers – əkiz tayın axtarışı

Twin Strangers – əkiz tayın axtarışı

254
Twin Strangers
Twin Strangers

Deyilənə görə hər bir insanın aralarında heç bir qohumluq bağı olmayan ən azı yeddi əkiz tayı var. Onlar dünyanın hər bir yerində ola bilər. Yəqin ki, sizə də öz əkizinizi tapmaq maraqlı olardı. Beləliklə, üç nəfər kreativ gənc artıq sizə öz “ikinci tayınızı” tapmaqda yardımçı olacaq bir layihəni işə salıblar.

Böyük Britaniyadan olan üç dost – Nim, Garry və Terens belə qərara gəliblər ki, insanlara onların qan bağlılıqları olmayan əkizlərini tapmaqda yardımçı olmağın tam vaxtıdır! Twin Strangers-in yaradıcılarından biri özünün ilk müsahibəsində bildirib ki, uşaqlıqda onun ən böyük arzularınadn biri öz canlı surətini tapmaq olub.

“Ulduz əkizləri” analyışı mövcuddur və onlar, eyni dəqiqədə hətta bəlkə də saniyədə doğulan və bir-birinə doğma bacı-qardaş kimi oxşayan insanlardır. Onları ölkələr, materiklər ayıra bilər, valideynləri isə təbii ki, fərqlidir. “Ulduz əkizləri”nin hətta zövqlərinin də eyni olduğu hallar var. Lakin buna çox az rast gəlinir və belə halları təsadüf də adlandırmaq olar. Amma  Yer üzündə hardasa, hər birimizə çox-çox bənzəyən bir insanın (yaşından və nə zaman anadan olmasından asılı olmayaraq) olduğuna asanlıqla inanmaq olar!

Bu işə başlamaq üçün layihənin müəllifləri hamıya bunun mümkün olduğunu sübut etmək üçün əvvəlcə özlərinin əkiz taylarını tapmaq qərarına gəliblər. Onlar öz canlı surətlərini sosial şəbəkədə axtarmağa başlayıblar. Və nəticə belə olub: ilk əkiz avstraliyalı bir qız olub.

Twin Strangers
Twin Strangers

Aşağıdakı əkiz tayı isə Garry Amerikadan tapıb:

Twin Strangers
Twin Strangers

Lakin gənclər bu qızın şəklini görəndə gözlərinə inanmayıblar. O, Nim-ə doğma əkiz-bacı qədər oxşayırdı!

Twin Strangers
Twin Strangers

Qızlar bir-birlərini canlı görmək istəyirdilər. Zahiri oxşarlıqdan başqa qızların digər ortaq maraq dairələrinin və əyləncələrinin də olması məlum olub.

Gənclərin əkizlərin şəkillərini elan etmələrindən sonra öz oxşarlarını tapmaq istəyənləin sayı sürətlə çoxalıb. Twin Strangers saytına dünyanın müxtəlif yerindən olan insanlar öz “ulduz əkizləri” ilə tanış olmaq ümidi ilə şəkillər göndərməyə başladılar.

Öz əkizini necə tapmalı?

Bu Twin Strangers internet layihəsinin köməyi ilə mümkündür! Özünüzün yaxşı olar ki, üzünüzün daha aydın düşdüyü yüksək keyfiyyətli şəkillərinizi bura yükləmək lazımdır. Sonra isə proqram şəkilləri təhlil edərək, sizə daha çox oxşayanlarını seçəcək. Saytda nə qədər çox şəkil olarsa, bir o qədər çox insan öz əkizini tapmaq imkanı qazanmış olur, buna görə də layihəyə inkişaf lazımdır.

Nəzərə alsaq ki, dünyada rus dilindən istifadə edən insanların sayı çoxdur, demək olar ki, bu layihənin rus dilində olması da mümkündür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here