Tütün sınağı həyata keçirən Cannalysis startapı 22,6 milyon dollar cəlb edib

Date:

Paylaş:

ABŞ-ın  Cannalysis şirkəti elektron siqaretlər üçün yeni maye sınağına təxminən 23 milyon dollar cəlb edib. Mütəxəssislər bu cihazlardan istifadəyə görə yayılan epidemiyanın onların tərkibindəki E vitamini asetatı ilə əlaqəli olub-olmadığını yoxlayırlar.

TechCrunch xəbər verir ki, Cannalysis yeni maliyyələşmə raundunda 22,6 milyon dollar cəlb edib. Şirkət kannabis tütününün keyfiyyətinin robotlar və maşınlar vasitələri yoxlanmsı ilə məşğul olur, həmçinin, dozası haqqında da məsləhətlər verir.

CanLab xidməti Cannalysis-ə 22 milyon dollar yatırım edən strateji səhmdardır. Pullar elektron siqaretlər üçün maye əlavələrinin sınağını bitirməyə və yeni bazarlara çıxmağa sərf olunacaq.

Araşdırma E vitamini asetatının tütün əlavələrində miqdarını təyin edir, Cannalysis-in baş direktoru Brian Lannon izah edir. Onun sözlərinə görə, bu kimyəvi birləşmə elektron siqaretin yaratdığı epidemiya ilə əlaqəli ola bilər.

ABŞ-da 2019-cu ilin yayında elektron siqaret çəkəndən sonra 215 insan xəstəlik tapıb və onlardan biri dünyasını dəyişib. Federal xidmət orqanları belə hesab edirlər ki, xəstəlik ya tütünün tərkibinə naməlum zəhərin düşməsinə ya da onun qatqı əlavə edən kartricdə olmasına görə ola bilər.

New Frontier Data məlumat verir ki, 2018-ci ildə ABŞ –da səhmdarlar kannabis sənayesinə 16 milyard dollar yatırım ediblər. Bu, üç il bundan qabaqki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Business Factbook-un dəyərləndirməsinə görə, 2022-ci ilə kannabisin qanuni istehsalından gələn gəlir 77 milyard dollara kimi arta bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...