Kanadanın Kvebek əyalətinin apelyasiya məhkəməsi, aşağı instansiyanın qərarını dəstəkləyərək beynəlxalq tütün nəhənglərinin 11,7 milyard dollarlıq təzminat ödəyəcəklərinə dair qərar qəbul edib. Təzminat ödəyəcək şirkətlər sırasına British Amerikan Tobacco Plc (BAT), Philip Morris International Inc (PMI) və Japan Tobacco Inc. (JTI) daxildir.
Şirkətlərin nümayəndələri məhkəmənin qərarı ilə razı olmadıqlarını və Kanadanın Ali Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını qeyd edirlər.
Məhkəmənin qərarı, 1998-ci ildən etibarən icra edilən və iddiaçının Kvebek əyalətinin 100 minə yaxın sakinləri olduğu iki hal üzrə növbəti mərhələyə çevrilmiş olub. Siqaret istehsalçıları, siqaretin insan sağlamlığına verdiyi zərər ilə bağlı istehlakçılara mövcud risklər barədə kifayət qədər məlumat vermədikləri üçün ittiham olunurlar.
Qeyd edildiyi kimi, şirkətlər vəsaitlərin bir hissəsini artıq xüsusi fonda köçürüblər.
Bazar ertəsi günü hərraclarda BAT səhmləri 0.4% , JTI kotirovkaları isə 1.2% düşüblər. Philip Morris hələ aktiv deyillər.