Türkiyə Respublikasında fəaliyyət göstərən istixana üzrə ixtisaslaşmış şirkət Azərbaycan bazarına daxil olur.
Bizplus.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, bu “Greencon Sera Sistemleri A.Ş”-dir. Şirkət yanvar ayından qeydiyyata alınıb və filial şəklində fəaliyyət göstərəcək.
Bu filiala bir vaxtlar “Synergy Group”-a məxsus törəmə şirkəti – “WestGate Trade Market” MMC-nin rəhbəri olmuş (2013-2019-cu illər) Mahir Məmmədbağırov direktor təyin edilib.
Qeyd edək ki, “Greencon Sera Sistemleri A.Ş” Türkiyədə istixanaların dizaynı, tikintisi üçün matrialların satışı və s. kimi layihələri həyata keçirir.