Türkiyənin ilk yerli avtomobilinin görüntüləri yayılıb.
Bizplus.az xəbər verir ki, avtomobilin ilk fotoları sosial şəbəkələrdə yer alıb.
Həmin avtomobilin təqdimatının dekabrın 27-də baş tutacağı deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özül yerli avtomobilin istehsalı prosesinə 3 milyard dollar investisiyanın planlaşdırıldığını demişdi.