Türkiyəli biznesmenlər Ağdamda sənaye bölgəsi yaradacaqlar

Date:

Paylaş:

“Türkiyəli iş adamları Ağdama sərmayə qoyacaq”.

Bizplus.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Ağdama səfəri zamanı deyib. Səfirin sözlərinə görə, türkiyəli iş adamları yaxın zamanda Ağdama səfər edəcəklər: “Mənim burda olmağımın əsas səbəblərindən biri də budur. Tükiyəli iş adamlarının yeni layihələri var. Onlar burada sənaye bölgəsi yaradacaqlar. İşlər ən qısa zamanda reallaşacaq, bu da Ağdamın iqtisadi həyatına bir hədiyyə olacaq”.

Qeyd edək ki, Erkan Özoral 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Türkiyə İş Adamları Brliyi (ATİB), Müdafiə Nazirliyi və Ağdam rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi bayram şənliyində iştirak etmək üçün Ağdama səfər edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...