Türkiyə vətəndaşı Azərbaycanda “İRİS Hotel” adlı şirkət yaradıb.
“Bizplus.az” xəbər verir ki, 27 Yanvar 2020-ci il tarixində “İRİS Hotel” MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni sahibi Türkiyə vətəndaşı Okumus Bekirdir.
“İRİS Hotel”in hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev 70, m19-dur.
Qeyd edək ki, Türkiyədə də “İRİS Otel” adlı mehmanxana fəaliyyət göstərir. Bu mehmanxana “Ergen Tur Turizm Ticaret Anonim Şirketi”nə məxsusdur. Mehmanxana Çanaqqalanın Anadolu hissəsidə, tarixi yerlərə ən yaxın məsafədə qurulmuşdur.