Türkiyə ölkəyə yaşamağa gələn xarici vətəndaşlara qadağa qoyub

Date:

Paylaş:

Türkiyədə xarici vətəndaşların yaşama izni alması qaydalarında dəyişiklik baş verib. Bizplus.az xəbər verir ki, 2020-ci ildən etibarən xarici vətəndaşların Türkiyədə kirayə müqaviləsi əsasında qalmasına icazə verilməyəcək.

Bu barədə Türkiyənin miqrasiya xidmətinin GOÇ idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki, indiyədək xarici vətəndaşlar Türkiyədə üç əsasla yaşaya bilərdilər – daşınmaz əmlak sahibi olmaqla, Türkiyədəki işəgötürənlə əmək müqaviləsi bağlamaqla və kirayə müqaviləsi ilə. İlk iki şərt əksər xaricilər üçün mümkünsüz olduğundan Türkiyəyə işləməyə gedənlərin əksəriyyəti, o cümlədən Azərbaycan vətəndaşları da qardaş ölkədə kirayə müqaviləsi bağlamaqla yaşayırdılar.

Kirayə kontraktı ilə qalanlara turist kimi qalanlar deyirlər və bunun üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək tələb olunurdu. İndi isə, qanunverciliyə son dəyişikliklərdən sonra artıq kirayə müqaviləsi ilə yaşamaq mümkün olmayacaq.

Qeyd edək ki, ümumiyyətlə, hazırda Türkiyədə kirayə müqaviləsi ilə bir neçə milyon nəfər xarici vətəndaş yaşayır. Bunların əksəriyyəti keçmiş SSRİ respublikalarından, eləcə də ərəb ölkələri və Afrikadan gələnlərdir.

Təkcə İstanbulda keçmiş sovet respublikalarının 2 milyona yaxın vətəndaşı yaşayıb işləyir.

Bundan sonra həmin şəxslər Türkiyədə yaşamaq üçün ya daşınmaz əmlak ədə etməli, ya da rəsmi iş taparaq işəgötürənlə rəsmi əmək müqaviləsi bağlamalıdırlar. İkinci variant daha çətin görünür, çünki Türkiyədə işləmək icazəsi olan xaricilərin sayı kvota ilə məhdudlaşır.

Türkiyədə daşınmaz əmlak şirkətlərindən bildirilib ki, hazırda Türkiyədə işləyənlərin 95%-i qanunsuz («qaçaq») işləyir. Belələrinin arasında ən çox türkmənlər, özbəklər, tacik, qırğız və azərbaycanlılar var. Türkiyədə təqribən 300 min Ermənistan vətəndaşı da qeyri-rəsmi çalışır. Belələri bazarlarda, mebel firmalarında, eləcə də zərgər və sair sahələrdə çalışırlar. Bundan başqa, Qara dəniz sahillərindəki kurortlarda gürcülər və Afrika ölkələrindən gələnlər çalışır.

Türkiyənin turizm sektorunda çalışan xaricilərin sayı xüsusilə çoxdur. Antaliyadan tutmuş İzmirə qədər kafe-restoranlarda işləyən qarsonlar, ofisiantlar, meyvə-dondurma, ayaqqabı-geyim satanlar və otel işçiləri xaricilərdir.

Xaricilər buradan öz ölkələrinə küll miqdarda vəsait də göndərirlər. Yeni qanundan sonra rəsmi qurumların bu sahəyə nəzarətinin də kəskin artacağı gözlənilir.

Əmlak şirkətlərindən bildirilib ki, yeni qayda – yəni kirayə müqaviləsinin ölkədə yaşamaq üçün əsas olmaması kirayə evlərə tələbatı və bu sahədən gəlirləri azalda bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...