Türkiyənin Şəxsi Məlumatların Qorunması Qurumu məlumatların sızdırılması tələbi ilə “Facebook”a ümumilikdə 1 milyon 600 min lirəlik pul cəzası verməyə qərar verib.
“Facebook”u türkçə olaraq istifadə edən 280 min 959 istifadəçi mövcud vəziyyətdən əziyyət çəkib.
Qurum aşkar edib ki, pozuntu “Facebook”un “başqasının gözündən gör”, “doğum günü şənliyi” və “video yükləyici”nin qarşılıqlı təsiri nəticəsində meydana gələn xətadan qaynaqlanıb.
Qurum bildirib ki, pozuntudan “Facebook” istifadəçilərinə aid ad, cinsiyyət, doğum günü, münasibət, təhsil keçmişi, din məlumatları, doğulduğu yer, şəbəkədə son zamanlar etdiyi axtarışlar, istifadəçilərin izlədiyi 500-ə qədər əsas hesablar kimi şəxsi məlumatlar sızdırılıb.
Qeyd edək ki, daha əvvəl də Qurum eyni səbəblə şikətə 1 milyon 650 min pul cəzası vermişdi.