Əsas səhifə Biznes sahələri Avtomobil Türkiyənin yeni elektromobilinin təqribi qiyməti açıqlanıb

Türkiyənin yeni elektromobilinin təqribi qiyməti açıqlanıb

171
Paylaş

Türkiyənin 5 modeldə, ildə 175 min ədəd istehsal edəcəyi yeni avtomobilin qiyməti rəsmi olaraq 2022-ci ildə açıqlanacaq.

Amma yeni avtomobilin qiyməti ilə bağlı müzakirələrdə bəzi təqribi rəqəmlər açıqlanıb. Türkiyəli jurnalist Dilek Güngör bildirib ki, elekromobilin olduğu SUV seqmentində Hyundai Tucson, Volkswagen Tiguan, Nissan Qashqai kimi avtomobillər var. Hazırda bu avtomobillərin qiyməti 165 min – 358 min lirə arasında dəyişir. “Yerli avtomobilin özəlliklərini bilməsək də BMW iX-3 və Tesla Model X avtomobillərinə bərabər olacaq. BMW iX-3 avtomobilinin elektirikli versiyasının qiymətinin 400 min lirədən yuxarı olacağı bildirilib. Teslanın qiməti isə milyon lirəyə yaxındır. Qlobal rəqabət nəzərə alınsa, elektromobil bu gün bazara çıxsa qiyməti 150-200 min lirədən az ola bilməz” – deyə, Dilek vurğulayıb.

Qeyd edək ki, 150-200 min lirə, indiki məzənnə ilə 25,4-33,8 min dollardır. Bu qiymətə Azərbaycanda «Toyota»nın təzə hibrid modellərini əldə etmək olar.