Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Türkiyənin istixana şirkəti Azərbaycan bazarında

Türkiyənin istixana şirkəti Azərbaycan bazarında

36
Paylaş

T­ürkiyə Respublikasında fəaliyyət göstərən istixana üzrə ixtisaslaşmış şirkət Azərbaycan bazarına daxil olur.

Bizplus.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, bu “Greencon Sera Sistemleri A.Ş”-dir. Şirkət yanvar ayından qeydiyyata alınıb və filial şəklində fəaliyyət göstərəcək.

Bu filiala bir vaxtlar “Synergy Group”-a məxsus törəmə şirkəti – “WestGate Trade Market” MMC-nin rəhbəri olmuş (2013-2019-cu illər) Mahir Məmmədbağırov direktor təyin edilib.

Qeyd edək ki, “Greencon Sera Sistemleri A.Ş”  Türkiyədə istixanaların dizaynı, tikintisi üçün matrialların satışı və s. kimi layihələri həyata keçirir.