Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Türkiyənin bəzi qida məhsulları Azərbaycanda istehsal oluna bilər

Türkiyənin bəzi qida məhsulları Azərbaycanda istehsal oluna bilər

66
Paylaş

Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

Bunu Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Bundan başqa, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşlıq da daha aktiv şəkildə həyata keçiriləcək.

“Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir”, – deyə nazirlikdən bildiriblər.

Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.