Fortune jurnalı Türkiyənin ən uğurlu 50 iş qadınını sıralayıb. İlk beşliyi təqdim edirik:
1- Güler Sabancı – Sabancı Holding
2016-cı ildən bu yana Güler Sabancı sədrlik etdiyi Sabancı Holdingin xalis gəlirini 19 faiz artıraraq 700 milyon dollara qədər yüksəldib. Bundan başqa holding 1 milyard dollar da sərmayə yatırıb.
2- Gülsüm Azeri – OMV Türkiye CEO-su
2016-cı ildə OMV Türkiyenin 10 milyard dollarlıq dövriyəsinin olduğu açıqlandı.
3- Pınar Abay – ING Bank Türkiyenin baş direktoru
Pınar Abayın idarə etdiyi ING Bank Türkiyenin 2016-cı ildə aktivləri 20 milyard dollar, xalis gəliri isə 170 milyon dollar oldu.
4- Suzan Sabancı Dinçer – Akbank İdarə heyətinin sədri
Akbank 2016-cı ildə aktivlərini 17 faiz artırdı və xalis gəliri 1.2 milyard dollara qədər yüksəldi.
5- Canan Özsoy – General Electiric Türkiye CEO-su
Canan Özsoy GE Türkiyeni enerji, tibb, hava, nəqliyyat sektorlarında inkişaf etdirərək daim yeni layihələr yaradır. GE Türkiye 2016-cı ild bir çox qlobal şirkətlərlə müqavilələr imzalayıb.