Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Türkiyəli milyarderin Azərbaycandakı törəmə şirkəti bağlanır

Türkiyəli milyarderin Azərbaycandakı törəmə şirkəti bağlanır

453
Paylaş
Mehmet Nazif Günal

Türkiyənin “MNG Şirketler Grubu Holding” A.Ş. Azərbaycandakı inşaat üzrə fəaliyyətini dayandırır.

Banker.az bu barədə məlumatı Şirkətin elanına istinadən xəbər verir ki, “Mapa İnşaa” MMC ləğv olunur.

Qeyd edək ki, adıçəkilən holdinqin təməli 1976-ci ildə Mehmet Nazif Günal (1,3 milyardlıq sərvəti var) adlı iş adamı tərəfindən qoyulub.

Holdinqin Yaxın Şərq, Cənubi Qafqaz və Balkan ölkələrdinə fəaliyyət göstərir. Əsasən turizm, inşaat, maliyyə, hava və karqo logistikası və enerji üzrə fəaliyyət göstərir.

Şirkətlər Qrupunun ümümi layihə dəyəri 8,2 mlrd. ABŞ dolları civarındadır.