Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Türkiyəli iş adamının Azərbaycanda yaratdığı filial ləğv olunub

Türkiyəli iş adamının Azərbaycanda yaratdığı filial ləğv olunub

33
Paylaş

Türkiyənin “Ayson Geoteknik ve Deniz İnşaat Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1048 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Abbasqulubəy Şadlinski küçəsi, ev 24S ünvanına bildirə bilərlər.

Qeyd edək ki, adıçəkilən şirkətin filialı 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Filialın qanuni təmsilçisi Ayhan Keskinkılınç adlı şəxsdir.

“Ayson Geoteknik ve Deniz İnşaat Anonim” şirkəti 1972-ci ildən bəri çalışır və geotexnika işləri, tunellər, magistral yollar, körpülər, bəndlər, suvarma qurğuları, hava limanları, metro inşaatları kimi layihələrdə Türkiyədə və digər ölkələrdə fəaliyyət göstərir.