Türkiyədən Rza Zərrabla bağlı qərar

Date:

Paylaş:

İstanbul məhkəməsi ABŞ-da keçirilən türkiyəli bankir Hakan Atillanın işi üzrə şahidlik edən İran əsilli türk milyarderi Rza Zərrabın həbsi ilə bağlı order verib.

Bizplus.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Rza Zərrab İran, Azərbaycan, Türkiyə və Makedoniya vətəndaşlığına sahibdir. 2008-ci ildə Rza Zərrab türkiyəli pop-ulduz Ebru Gündeşlə evlənib və 2011-ci ildə onların qızı olub. 2016-cı ilin sentyabrında Ebru boşanma ilə bağlı məhkəməyə müraciət edib, ancaq tezliklə cütlük münasibətləri bərpa edib.

Zərrab Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda şəxsi villasında qanunsuz təmirdə ittiham olunub. Buna görə onu üç ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə Zərrabın hüquqi statusunu müəyyənləşdirmək xahişi ilə Türkiyə xarici işlər və ədliyyə nazirliklərinə, eləcə də, Türkiyənin Vaşinqtondakı səfirliyinə müraciət edib.

Xatırladaq ki, ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank”ın baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib. Atilla ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...