Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Türkiyədə inflyasiya 20 faizdən aşağı düşüb

Türkiyədə inflyasiya 20 faizdən aşağı düşüb

265
Paylaş

Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, Fevralda İstehlakçı Qiymətləri İndeksi aylıq müqayisədə 0.16%, illik müqayisədə 19.67% artıb.

İnflyasiyanın aylıq 0,50%, illik 20,10% olması gözlənilirdi.

Ərzaq qiymətləri illik 30.97%-dən 29.25%-ə, aylıq müqayisədə isə 6.43%-dən 0.90%-ə geriləyib.

Baza inflyasiya isə 19.02%-dən 18.12%-ə düşüb.

Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 5.37 səviyyələrindədir. Məzənnə inflyasiya rəqəmlərinə ciddi reaksiya verməyib.