Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Türkiyədə e-ticarətin həcmi artıb

Türkiyədə e-ticarətin həcmi artıb

130
Paylaş

Türkiyənin İnformasiya Sənaye Dərnəyinin (TÜBİSAD) illik “Türkiyə e-Ticarət bazar böyüklüyü” hesabatına görə, e-ticarət sektoru 2018-ci ildə 42% artım ilə 59,9 milyard lirəlik həcmə çatıb.

2014-2018-ci illər arasında sektorun ortalama illik böyümə sürəti 33% olub.

Valyuta məzənnəsində yüksəlişin olması pərakəndə qiymətlər və inflyasiyanın artımına səbəb olub. Bu da 2018-ci ildə dollar ilə ifadə edildikdə bazarın 7% artımla 12,4 milyard dollara çatmasına təsir edib. 

Qonşu ölkədə ötən il e-ticarətin ümumi pərakəndə içindəki payı 4,1%-dən 5,3%-ə yüksəlib. Bu isə o deməkdir ki, ölkədə pərakəndə xərcləmələrin təxminən 20-də biri onlayn kanallardan keçib. Müqayisə üçün deyək ki, bu rəqəm digər inkişaf etməkdə olan ölkələrdə 5,9%-a, inkişaf etmiş ölkələrdə isə 11,1%-a çatıb. 

TÜBİSAD-ın e-Ticarət Kommisiyasının rəhbəri Burak Ertaş isə “Deloitte” ilə birlikdə hazırlanan hesabat ilə bağlı bildirib ki, 2019-cu ildə isə adıçəkilən sektorda lirə ilə ifadədə 40-50% arasında böyümə gözlənilir.