“Türkiye Şeker Fabrikaları A.Ş.” (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb.
“Türk Şəkər”in rəsmi internet səhifəsindən verilən açıqlamada, “50 kiloqramlıq polipropilen kisələrdə qablaşdırılmış kristal şəkərin zavod satış qiyməti, 25.06.2019 tarixindən etibarən etibarlı olmaqla 16% artırılaraq (ƏDV xaric) 3,57 TL/KG olaraq yenidən müəyyən edilmişdir” deyilir.
ÇAY DA 15% BAHALAŞIB
Çay Müəssisələri Baş İdarəsi (ÇAYKUR) də quru çayın qiymətini 15 faiz artırıb.
ÇAYKUR, yaş çay məhsulunun bahalaşmasını, fəhlə və əməliyyat xərclərinin artmasını nəzərə alaraq quru çayın qiymətinin artırıldığını bildirib.
ÇAYKUR İdarə Heyətinin qərarı bu gündən etibarən qüvvədə olacaq.
Şərqi Qara dəniz bölgəsində bir müddətdir ki, çay sektoru nümayəndələri xərclər artdığından quru çayın satış qiymətinin artırılmasını tələb edirdilər.