Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Türkiyədə butik sahibi olan gənc azərbaycanlı: “Xəyalımı gerçəkləşdirdim”

Türkiyədə butik sahibi olan gənc azərbaycanlı: “Xəyalımı gerçəkləşdirdim”

93
Paylaş

Türkiyənin Qars əyalətində universitetdə təhsil alan və orada mağaza sahibi olan azərbaycanlı tələbə Fəridə Mustafayeva gerçəkləşdirdiyi arzusundan danışıb.

Qarsda Qafqaz Universitetinin ikinci kurs tələbəsi olan soydaşımız açıqlama ilə çıxış edərək hazırki işlərindən, fəaliyyətindən söz açıb:

“Bacım burada təhsil alır və Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Mən də onunla birlikdə bu şəhərdə qalmaq qərarı verdim. Butik açmaq xəyalım idi və gerçəkləşdirmək istəyirdim. Bakıda yaşayan zaman işləyirdim və bir az pul yığmışdım.

Bacım və həyat yoldaşının mənə inamı və dəstəyi sayəsində burada “Farida Boutique” mağazasını açdım. Bir az çətin oldu. Çünki tələbəyəm və imtahanlarım var idi, eyni zamanda, mağazanın işləri ilə məşğul oldum. Nəhayət, istəyimə çatdım”.

F.Mustafayeva qeyd edib ki, Azərbaycanda da mağaza açmaq arzusundadır:

“Ailəm Azərbaycandadır. Təbii ki, gələcəyəm, amma işimi hələlik Qarsda qurmuşam. Alınarsa, Bakıda da mağaza açmaq istəyərəm. Gələcəkdə nə olacağını bilmirəm. Bir azərbaycanlı kimi tələbə ola-ola biznes qurmaq mənim üçün qürurvericidir”.