Əsas səhifə Biznes sahələri Turizm Türkiyədə builki turizm mövsümü gec başlayacaq

Türkiyədə builki turizm mövsümü gec başlayacaq

8
Paylaş

Türkiyə hökuməti yeni turizm mövsümünü koronavirusla əlaqədar olaraq mart ayında yox, aprelin sonunda açmağı hotellərə təklif edib.

Bu barədə Koronavirus Elmi Komitəsinin iclasından sonra mətbuat konfransında ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

“15 aprel həssas bir tarixdir. Xaricdən Türkiyəyə turist sifarişlərinin aprelin sonuna keçirilməsi məntiqli olardı. Nazirliyimizə bağlı qurumların tədbir və mərasimlərinin apreldən sonra keçirilməsi məsələsi gündəmdədir. Hotellər mövsüm açılışını martın yox, aprelin sonuna keçirməlidir”.

Bununla yanaşı, ölkənin səhiyyə naziri Fəxrəddin Qoca da ölkədə koronavirusa bir neçə yoluxma halının hələ epidemiya demək olmadığını, məktəbləri bağlamaq məsələsinin hələlik müzakirə olunmadığını bildirərək zərurət olmadan xaricə səyahətə getməyin məsləhət görülmədiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, yay dövründə virusun təsirinin azalacağı gözlənilir.