Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Türkiyə şirkəti Özbəkistanda klinikalar tikəcək

Türkiyə şirkəti Özbəkistanda klinikalar tikəcək

13
Paylaş

Türkiyənin “Renessas Holdinq” mühəndislik və tikinti şirkəti Özbəkistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyacaq.

“Renessas Holdinq” Daşkənd, Səmərqənd və Fərqanə şəhərlərində müasir çoxprofilli klinikalar tikəcək. Tibb müəssisələri hazır olduqdan sonra Türkiyə tərəfi bu klinikaların idarə olunmasında yaxından iştirak edəcək. Bu klinikalarda yüksək ixtisaslı tibbi kadrlar da hazırlanacaq.

Bundan başqa, şirkət Daşkənd şəhərinin metallurgiya müəssisələrinin bazasında ildə 60 milyon ton məhsul istehsal edən iki müasir mis-mədən fabriki tikməyi də öhdəsinə götürüb.