Türkdilli sahibkarlar üçün ortaq biznes portalı yaradılıb

Date:

Paylaş:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri arasında fiziki, bürokratik və ünsiyyət maneələrinin aradan qaldırılması məqsədilə “Turkic Business Portal” istifadəyə verilib.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən xəbər verilir.

Məlumata görə, TDƏŞ-də ölkəmizi Konfederasiya təmsil edir. Hazırda qurum Azərbaycan sahibkarlarının bu portalda fəal iştirak etməsinə nail olmaq məqsədilə üzvlərlə ciddi iş aparılır.

Yeni platforma heç bir vasitəçi olmadan “KOB”lar arasında sürətli əlaqə yaratmağa və hazırda mövcud olan vahid veb-portal çərçivəsində müxtəlif mənbələr arasında bölüşdürülən məlumat, ticarət potensialı və fəaliyyətləri toplamağa imkan verəcək. Bu yolla Türk Şurasına üzv dövlətlərin sahibkarları arasında ünsiyyətin asanlaşdırılması və müvafiq məlumatların mərkəzləşdirilmiş qaydada alınması təmin ediləcək. Nəticə etibarilə ölkələrimiz arasında ticarət əlaqələrinin sürətinin və həcminin artmasına böyük kömək edəcək.

Xatırladaq ki, portala daxil olmaq üçün http://www.turkicbusiness.com/default_eng.asp linkinə daxil olmaq lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...