Dəmir-polad sektorunun Türkiyə üçün dünyadakı ən böyük təmsilçilərindən olan “Tosyalı Holding” Afrikada sərmayə yatıracaq.
“Bizplus.az” türk mediasına istinadən xəbər verir ki, hal-hazırda Əl-Cəzayirdə 500 milyon dollar dəyərində sərmayəsi olan şirkət Afrikanın şimal-şərqində yerləşən Anqolada da istehsal üçün addımlar atmağa hazırlaşır.
Anqola höküməti də bu əməkdaşlığın tərəfdarı olduğunu, çalışmaların tezləşdirilməsi üçün lazımi addımların atılacağını açıqlayıb. Müəssisələrin inşaatı isə 2020-ci ildə başlayacaq və 3-4 ildə tamamlanacaq.