Əsas səhifə Biznes sahələri Texnologiya Türk şagirdin yaratdığı cəsus dron beynəlxalq yarışmada qızıl medal qazandı

Türk şagirdin yaratdığı cəsus dron beynəlxalq yarışmada qızıl medal qazandı

2384
Paylaş

Türkiyədə 11 yaşlı məktəbli Mert Delibalta torpağa bastırılmış partlayıcıların yerini təyin edə bilən bomba tapan cəsus dron layihəsini yaratdı. Mert yaratdığı bu layihə ilə Erciyes Universitetinin hazırladığı 2.Beynəlxalq Eru Mekatron Robot Yarışmasında 1-ci oldu.

Bu dron torpağın 1 metr altın qədər barıtı təyin edə bilir. Layihədə görüntü cihazı, idarəedici kart, kamera, motor, proqramlaşdırma və pult istifadə edilib.


Mert yaratdığı bu dronla bağlı açıqlamada söyləyib:

“Drone üzərində görüntü cihazını yerləşdirdim. Bu cihaza barıtın elementlərini java proqram dili ilə kodlaşdırdım. Drone bu elementləri dedektor sayəsində gördüyündə dərhal siqnal ötürür. Barıtın harada olduğunu təyin edir. 1 metr dərinlikdə olan barıtı tapa bilir. Bütün bu elementləri tanıda bilmək üçün 107 sətr kod yazmışam. Bu kodlaşdırma 3 ay çəkdi.”

“Bir metr dərinlikdə torpil partladıcı yerləşdirdik. O bölgədə canlı kamera sayəsində partlayıcının harada olduğunu təyin etdikş Partlayıcı təyin edilən kimi pult üzərində yaşıl işıq yandı.”