Türk pizzası qlobal marka olmaq yolunda!

Date:

Paylaş:

Türkiyədə pizza bazarı 1 milyard dollara yaxınlaşır və hər il bu rəqəm 5-10% daha da artır. Ötən il 10 yaşını qeyd edən Pizzabulls sevərləri bu markanı ev pizzalarına bənzədirlər. İstanbulda yerləşən 44 Pizzabulls restoranından 41-i frençayz modeli ilə işləyir. Türkiyədə pizza bazarının 5 faizinə nəzarət edir.

Pizzabulls ceo-su Can Kırbeyi pizzalarına qatdıqları məhsulları Türkiyənin ən apaıcı markalarından aldıqlarını söyləyir. Yaxın illərlə filialların sayını 100-ə çatdırmağı düşünürlər. Frençayz qiyməti isə 120.000 dollardır. İnvestisiyanın özünəməxsus amortizasiya müddət isə orta hesabla iki ildir.

Pizzabulls Böyük Britaniyada ilk xarici investisiyasını edəcək. Londonda ilk filialını açmağa hazırlaşan marka cəmi 5 filial üçün 650 min dollar investisiya yatırmağı planlaşdırır. İlk filial sentyabrda açılacaq. Daha sonra ABŞ və Çin bazarına giriş edəcəkləri gözlənilir. 2016-cı ildə Pizzabullsun dövriyyəsi 12 milyon dollar olub. Hədəf bu rəqəmi 2 dəfə artırmaqdır.

Pizzabullsun göstəriciləri belədir:

Hər gün 10 min pizza satılır.
Hər ay 25 ton pendir istehlak edilir.
Hər gün 2,5 ton un yoğrulur.
Pizzabul’larda 700 nəfər çalışır.
Ən çox seçilən pizzalar Sacremento (qarışıq pizza)
Pizza qiymətləri 5-15 manat arası dəyişir.
Pizzabulls’un ümumi satışlarının 60 faizi internetdən gəlir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...