Bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “S400-lər məsələsində heç bir şəkildə geri addım atmayacağıq” deyib.
Açıqlamadan sonra Türk Lirəsi Dollar qarşısında daha da ucuzlaşıb. Dollar/TL məzənnəsi 1%-ə yaxın artımla 5.9224 səviyyəsinə yüksəlib (saat 11:30-a olan məlumat).
Dünən də Türk lirəsi S400-lər ilə bağlı olaraq 1%-dən çox ucuzlaşmışdı.
Çavuşoğlu, “Heç bir şəkildə geri addım atmayacağıq. Müstəqil və azad millət olmaq üçün qərarlılığımızı davam etdirəcəyik” ifadələrini istifadə edib.
Çavuşoğlu, “ABŞ bizə qarşı mənfi addımlar atarsa, bizim də atacağımız addımlar var. “Amerika qərarlarını versin, biz də səssiz-səmirsiz oturaq” anlayışı yoxdur artıq. Bizə qarşı mənfi bir davranış olsa, biz də qarşılığını verəcəyik.
Sabah bizə qarşı hər hansı bir hücum olduğu zaman NATO-nun bizi qoruyacaq bir gücü yoxdur. NATO bizim hava məkanımızın 30%-ni nəzarətdə saxlaya bilir. Bizim ən çox ehtiyacımız olduğu zamanda ABŞ, Hollandiya Patriot batareyalarını geri çəkdi. Bir tək İspaniya və İtaliya bunları saxladı. Əlbəttə, bu bir milli məsələdir”, -əlavə edib.