Türk Lirəsi daha da bahalaşıb

Date:

Paylaş:

Türkiyə Statistika Komitəsinin dünən açıqladığı məlumatlara görə, inflyasiya Avqustda 0.86% artıb. Qiymətlər illik müqayisədə isə 15.01% artıb. Avqustda inflyasiya proqnozlardan aşağı olub.

İnflyasiya göstəriciləri açıqlandıqdan sonra Dollar/TL məzənnəsi 5.83-lərdən 5.73-ə qədər gerilədi. Bu səhər də geriləməni davam etdirən Dollar/TL məzənnəsi 5.70-dən də aşağı düşüb və 5.6822-ni test edib (Türk Lirəsi bahalaşıb, Dollar ucuzlaşıb)
Dünən 6.28-6.37 aralığında “dalğalanan” avro bu gün səhər 6.26 lirəyə düşüb.

İnvestisiya məsləhətiçiləri bildirirlər ki, məzənnə ilk mərhələdə 5.65-lərə doğru düşə bilər.

İnflyasiyadakı azalma Mərkəzi Bankının faiz endiriminə bu ay da davam edəcəyi gözləntisini gücləndirib. “Standard Chartered”in iqtisadçısı Carla Slim Türkiyə Mərkəzi Bankından 225 bənd faiz endirimi gözlədiklərini bildirərək, “İnflyasiyanın proqnozdan aşağı qalması Mərkəzi Banka 12 Sentyabr toplantısında faiz endirimini davam etdirmək üçün sahə yaradır”, ifadələrini istifadə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...