Markafoni İngiltərədə fəaliyyət göstərən Selectfashion.co.uk təsisçisi Cəfər Mahiroğlu tərəfindən 15 milyon dollara satın alınıb. Önümüzdəki 3 il ərzində də Mahiroğlu, Markafoni’yə ümumilikdə 15 milyon dollar sərmayə yatıracaq.
Select Fashion İdarə heyəti Başçısı Cəfər Mahiroğlu, satın alınma ilə əlaqədar olaraq bunları söyləyib:
“Select İngiltərənin ən önəmli geyim markalarından biridir. 16-24 yaş qadın kateqoriyasında 7 faizlik bir bazar payını əlimizdə saxlayırıq. Avropanın hər yerində sərmayə etmə potensialına sahibik amma biz Türkiyəni seçdik. Çünki Türkiyənin gələcəyinə inanırıq. Markafoni kimi Türkiyədən çıxmış böyük bir markanın yox olmasına göz yuma bilməzdik.
Biz illər öncə müflis olma ərəfəsində olan Select’i də alıb yenidən doğulmasını təmin etdik. Bu gün 250 mağazasıyla İngiltərənin ən güclü markalarından biridir. İndi Markafoni ilə daha böyük bir müvəffəqiyyət əhvalatını ölkəmizdə yazmaq üçün hazırlaşırıq. Satın alma və 3 il davam edəcəyini nəzərdə tutduğumuz yeni investisiyalar üçün ümumilikdə 15 milyon dollar büdcə ayırmışıq.”