İlk növəbə turizm şirkəti açmaq üçün nə etmək lazımdır?
İlk növbədə ya fiziki, ya da hüquqi şəxs kimi qeydiyyatdan keçərək VÖEN açılmalıdır. Vergilər Nazirliyindən əldə etdiyimiz məlumata görə, VÖEN açılması üçün 11 manat rüsum ödəməlisiz.
İndi artıq turizm xidməti üçün lisenziyaya da gərək yoxdur. M.Ağakərimov lisenziya üçün ödənişin ləğv edilməsini müsbət hal saysa da lisenziyanın ləğvinin düzgün olmadığını qeyd edib: “Yəni, yeni şirkət yoxlanılmalı və yalnız bundan sonra fəaliyyətinə icazə verilməli idi. Türkiyədə turizm şirkəti açmaq üçün 30-dan çox sənəd tələb olunur”,
İkinci mərhələdə turizm şirkətini işə salmaq üçün nə etmək lazımdır?
Ekspert Kənan Hənifəyev turizm şirkətlərinin fəaliyyət dövrünü 3 mərhələyə bölüb: Başlanğıc, İnkişaf, Peşakar dövr.
Başlanğıc dövr üçün nələr tələb olunur?
K.Hənifəyev deyir ki, ilk növbədə, hüquqi şəxs olaraq qeydiyyatdan keçmək lazımdır. Sonra fəaliyyət barədə və təyin edilmiş şirkət adı altında Mədəniyyət və Turzim Nazirliyinə məktubla məlumat verilməlidir.
K.Hənifəyev daha sonra şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq, şirkətin ofislə və işçilərlə təmin olunmasını vacib sayır. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq aviabilet satışı, gəlmə, getmə və daxili turizm üzrə menecerlərlə əmək müqaviləsi əsasında işçiləri cəlb etmək lazımdır.
İşçilərin koordinasiyası
K.Hənifəyev məsləhət bilir ki, hər bir menecer öz iş istiqamətinə uyğun fəaliyyət planı tərtib etməlidir. Eyni zamanda şirkətin hədəf fəaliyyətinə uyğun mexanizmləri tərtib etməlidir.
Aviabilet meneceri, əsasən, aviabilet sistemləri ilə müqavilə bağlayaraq şirkətin həmin sistemlərdən bilet kəsimi üçün giriş əldə etməlidiri. Bundan başqa xaricə getmə üzrə menecer xaricdəki turizm partnyorları ilə əməkdaşlıq etməli və xarici otel sistemləri ilə əməkdaşlıq və şirkətiylə müqavilələrin bağlanması xaricdə baş tutan seminar və tədbirlərdə işitrak etməli, xarici partnyorların təkliflərini dəyərləndirib və uyğun əməkdaşlıq qurmalıdır.
Bundan başqa daxili turizm meneceri ölkə daxili otellərlə, restoranlarla, nəqliyyat şirkətləri ilə əməkdaşlıq etməli, müqavilələr bağlamalı və əlində olan resurslara uyğun tur paketlər hazır edərək müştərilərə təqdim etməlidir. Həmçinin, xaricdən gələn turistlər üçün turlar hazırlanmalı, onlara visa xidmətindən tutmuş bələdçi xidmətinə kimi bütün xidmətlər təqdim olunmalıdır.
Büdcə və şirkətin gəlirləri
Turizm fəaliyyəti ona qoşulması asan olan biznes hesab olunur. 10-15 min manatlıq ilkin kapital kifayət edir. Amma bu aşağı həddir ki, yuxarı hədd 100 minə çata bilər. Bu pulların 25-30%-i isə reklama xərclənməlidir. Cari məsrəfləri personalın məvacibləri (ən azı 3 menecer, satış meneceri), ofisin icarəsi, reklam və rabitə xidmətləri təşkil edir.
Turizm agentliklərinin bütün gəlirləri yalnız turoperatorların verdikləri komisyon haqlarından ibarətdir. Çox hallarda bu haqların məbləği 10%-dən artıq olmur. Odur ki, orta turizm şirkətinin gəlirlərini hesablamaq elə də çətin deyil.
İşə yeni başlayan agentlik üçün ayda 50 putyovka satmaq uğurlu hesab olunur. Böyük agentlik isə mövsüm vaxtı 500-dən çox turist cəlb edə bilər. Turun orta qiymətinin 400 manat olduğu halda (40 manat komisyon haqqı) mövsüm zamanı 2-8 min qazanmaq real görünür. Düzgün qurulduqda isə turizm biznesi mayanı 6-12 aya çıxarır.
Yaddan çıxarmayın ki, turizm agentliyinə əsas gəliri daimi müştərilər və onların tanışları gətirir. Əsas odur ki, istənilən turizm firması özünün müştəri bazasını yaratsın. Buna ən azı 1 il tələb olunur. «Əgər agentlik üçün birinci il çətindirsə, ikinci ildə rahat olur. Artıq daimi müştərilər yığılır, gəlir əldə edilir. Nəhayət, üçüncü il dönüş ilidir. Bu il psixoloji baxımdan ən mürəkkəb vaxtdır. Müştəri və gəlirlərin ciddi artımı baş vermir və rəhbərlərin çoxu biznesin dalana dirəndiyini hiss edirlər. Bu mərhələdə agentliklərin 40%-i bağlanır. Amma biznesdə qalanlar isə bazarda mövqelərini möhkəmlədirlər. Bu mərhələni aşmaq üçün əsas amillər isə düzgün biznes-plan, həmçinin baş menecerin səyləri, peşəkarlığı və əməksevərliyidir».