Əsas səhifə Biznes sahələri Turizm Turizm şirkətləri turizm məhsulunu özləri yaratmalıdır

Turizm şirkətləri turizm məhsulunu özləri yaratmalıdır

77
Paylaş

“Bəzi hallarda turizm şirkətləri rəqiblərini üstələmək üçün onları aşağı salmağa çalışırlar”.

Bizplus.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, bu cür gedişlə inkişaf əldə etmək olmaz: “Əslində, bazarda rəqabətədavamlı turizm şirkətlərinin yaranması üçün biz gərək bir-birimizə dəstək olaq”.

K.Qasımov əlavə edib ki, agentlik turizm məhsulları yaratmaqda bəzi hallarda çətinlik çəkir:

“Bu gün biz turizm məhsulları yaradırıq, onların üzərində işləyirik, daha sonra sənayeyə ötürürük ki, sənaye ondan yararlansın. Əslində isə bu işləri, məhsulları məhz turizm şirkətlərinin özləri yaratmalıdırlar. Onlar bu məhsulları yaradandan sonra isə biz onu ictimaiyyətə təqdim etməliyik”.