Turizm biznesi üçün yeni təkliflər açıqlanıb

Date:

Paylaş:

DAİR Hotellər və Restoranlar Assosisiyası Azərbaycanda turizm və xidmət sahəsinin dirçəldilməsi üçün təkliflərini açıqlayıb.

Qurumdan verilən məlumata görə, koronavirus böhranından ən çox zərər çəkən sektorlar olan turizm və restoran biznesidir, buradan başlayan çətinliklər multiplikator effekti ilə bəzi digər sahələrə də təsirini göstərib.

  1. «Turiizm və qonaqpərvərlik (HORECA) sahələri üzləşdikləri iqtisadi-sosial çətinliklər multiplikasiya effekti yaradaraq sənayedə fəalaiyyət göstərən biznes subyektlər arasında habelə nəqliyyat, ekskursiya xidmətləri, əyləncələr, ticarət, suvenirlər və digər əlaqəli sahələrlə zəncirvari neqativ təsirlərə gətirib çıxarıb» – deyə qurumdan bildirilib.

Qurum vəziyyətdən çıxmaq üçün turizm sektoruna aşağıdakı dəstək tədbirlərinin verilməsini təklif edir:

–           Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əmək haqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsi, o cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması;

–           Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmiş şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

–           Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV odənilməsinin müvəqqəti olaraq dayandırılması;

–           Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin  kommunal, rabitə və internet xərclərinin odənilməsinin müvəqqəti olaraq dayandırılması; o cümlədən dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi;

–           Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması;

–           Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması;

–           Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar, eyni zamanda “startup” lar üçün zaminsiz və aşaqı faizlə biznes kreditlərin təklif edilməsi;

–           Gələcəkdə böhranların neqativ təsirlərindən sığortalanmaq (“maliyyə təhlükəsizliyi yastığı”), o cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondunun yaradılması;

–           Gələcəkdə sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması,

–           nağdsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi,

–           ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümü çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşaqı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...