Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib

Date:

Paylaş:

2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.

Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,9 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Bu xidmətlər üzrə dövriyyə 858 milyon dollar təşkil edib. Bu məbləğin 48,5 faizi (416 milyon dollar) qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə bağlıdır. Qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 442 milyon dollara bərabər olub.

2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 2,5 milyard dollara bərabər olub. Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz azalaraq 31 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz artaraq 386 milyon dollara bərabər olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...