Tullantılara həyat verən çanta ideyası

Date:

Paylaş:

Əslən Hindistandan olan Sarita Vaid Bakıya gələndə “göydə uçan plastik torbaları” görəndə ağlına bir ideya gəlir: onları, bəzi tullantıları yenidən istehsal etmək.

2006-cı ildə iş dalınca Bakıya gələn və ailəsiylə birgə restoran biznesini idarə edən Sarita Vaid bəzi tullantılara yeni həyat verməyə başlayıb.

“Təkrar istehsal” ideyası bir vaxtlar çevrələrindəki əfqan qadına kömək üçün ağıla gəlsə də, illər sonra yeni bir biznesə çevrilir.

“Belə bir layihə ilə bağlı planım yox idi. Sadəcə, istəyirdim ki, Bakıda məskunlaşmış, işləməyən əfqan qadına dolanmaq üçün bir dəstək olsun”, əslən Hindistandan olan 66 yaşlı Sarita Vaid BBC News Azərbaycancaya danışır.

tullantılardan torba
tullantılardan torba

“İlk dəfə 90-cı illərin sonunda Bakıda olmuşam. İkinci səfərimdə gördüm ki, plastik paketlər havada uçur. Fikirləşdim, nə etmək olar?! Bizim bir qrupumuz var idi.

Hər ay yığışıb Bakıdakı həyatımızdan söhbət edirdik. Aramızda maddi dəstəyə ehtiyacı olan bir qaçqın, əfqan qadın da vardı.

Qaçqınların heç bir statusu olmadığından rəsmi şəkildə işləmələrinə izin verilmirdi.

Ona təklif etdim ki, köhnə geyimlərdən bazarlıq çantaları hazırlasın. Razılaşdı. Biz də onu ruhlandırmaq üçün çantaları pulla aldıq.

Sonradan o xanım bildiklərini başqa bir əfqan qadına öyrətdi, özü isə Kanadaya köçdü”, – Sarita Vaid söhbətinə davam edir.

tullantılardan torba
tullantılardan torba

Sarita Vaidinin layihəsi üçün hazırda dörd dərzi-usta çalışır.

Onların ikisi Əfqanıstandan olan qaçqın, ikisi isə azərbaycanlı xanımdır.

Ayrıca iş məkanı olmadığından ustalar aldıqları sifarişləri öz evlərində hazırlayırlar.

tullantılardan torba
tullantılardan torba

Ustalar istifadə edilmiş, amma hələ də yararlı olan geyimlərdən, hətta ərzaq paketlərindən yeni dizaynda qələmqabı, əl və bazarlıq çantaları, müxtəlif ofis ləvazimatları hazırlayırlar.

tullantılardan torba
tullantılardan torba

“Evdə pişiklərim üçün yemək alanda onların qablaşdırılmasına fikir verirdim.

Qərara gəldik ki, bunlardan sendviç çantaları hazırlayaq. Həmin çantaları dostlarım da bəyəndi”.

Sarita Vaid ətraf mühiti qorumaq və bu işin bir hissəsi olmaqdan məmnunluğunu gizlətmir.

tullantılardan torba
tullantılardan torba
Usta Günel Səmədzadə yeni sifarişləri bir həftədən sonra təhvil verəcək

Sarita deyir, azərbaycanlı müştərilərini maraqlandıran əsas çantaların xarici görünüşdür.

Məsələn, onlara Viskas paketlərindən hazırlanmış çantalar qəribə gəlir.

Buna görə də bəzən belə çantaların üzərinə parça, yaxud başqa material əlavə edirlər.

tullantılardan torba
tullantılardan torb

“Bir dəfə şəhərdəki ərzaq mağazalarının bir neçəsinə hazırladığımız çantaları pulsuz təqdim etdik.

Müştərilərə bildirdik ki, məhsul alanda parça çantalardan istifadə etsinlər.

Bəzən çox maraqlı hallar olurdu. Müştərilər hər şeyi plastik paketlərə qoyurdu, sonra da bizim verdiyimiz çantalara.”

tullantılardan torba
tullantılardan torba

Sarita Vaid xatırladır ki, indi dünyanın hər yerində plastik paketlərin təbiətə vurduğu zərərlər diqqət mərkəzindədir və ola bilər Azərbaycanda da bununla bağlı işlər görülsün.

Onun fikrincə, insanlar hökumətin nəsə etməsini gözləməməlidir, cəmiyyət özü maariflənməlidir.

İlk müştəriləri ətrafındakı ekspat tanışları olsa da, Sarita Vaid bildirir ki, indi müxtəlif şəxslər, təşkilatlar, şirkətlər onların məhsulları ilə maraqlanır.

tullantılardan torba
tullantılardan torba

Sarita öz müştərilərdən xahiş edir ki, sosial şəbəkədə təkrar istifadədən hazırlanan məhsullardan paylaşımlar edilsin və bununla başqalarının da maariflənməsinə imkan yaransın.

“Mən 2010-2016 cı illərdə Bakıdakı məktəblərin birində ingilis dili müəllimi kimi çalışırdım.

O zaman şagirdlərimə də təkrar istifadə haqda məlumat verərək maarifləndirirdim. Hətta onların məktəbli çantalarını da məhz istifadə edilmiş paket və örtüklərdən hazırlamışdıq.”

tullantılardan torba
tullantılardan torba

Sarita Vaid deyir, insanlar tez və asan başa gələn plastik paketlərdən çox istifadə edirlər, amma bunun təbiətə ziyanı haqda düşünmürlər.

Halbuki parçadan hazırlanan bazarlıq çantalarını yuyub uzun müddət yenidən istifadə edə bilərlər.

Yeni məhsul hazırlamaq üçün Sarita Vaid otellərdə daha istifadə olunmayan, amma təmiz çamaşırlardan, ya da tanışlarının sayəsində topladığı yararlı geyimlərdən, qida paketlərindən faydalanır.

Bundan başqa tikiş üçün lazım olan aksessuarları, əlavə materialların xərcini də özü ödəyir.

tullantılardan torba
tullantılardan torba

“Bizim ayrıca sponsorumuz yoxdur, lazım olan şeyləri özüm toplayıram. Amma ustalara əmək haqqı lazım olur”, Sarita deyir.

tullantılardan torba
tullantılardan torba

“Elə vaxt olur ay ərzində 3-5 sifariş, elə də olur 30 və daha çox sifariş gəlir. Bu halda çox qazanmaq olmur.

Amma son iki ayda sifarişlər əvvəlkilərə nisbətən artıb”, Saita Vaid deyir.

Əgər müştərilər davamlı çoxalsa, Sarita Vaid gəlirinin hesabına layihəyə daha çox dərzi-ustalar cəlb edə biləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...